
“Cəmiyyət islahatları dəstəkləyir” – Açıqlama
13:56 30.04.2019
Arxiv
546
"Cənab Prezidentin çıxışında cəmiyyətə verilmiş önəmli mesajlar var idi”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.
Analitik bildirib ki, dövlət başçısı islahatlara mane olmaq istəyən qüvvələrə mesaj verdi ki, bu islahatların alternativi yoxdur və gələcəkdə də davam edəcək:
"Prezidentin çıxışı məmur ordusuna da bir mesaj idi ki, islahatlara uyğun davranılsın, əhali ilə davranış qaydalarına əməl olunsun və bütün problemlər yerindəcə həll edilsin. Məsələn, bir neçə gün əvvəl İçərişəhəri ziyarət edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz davranışı ilə məmur ordusuna nümunə göstərdi. Əsas mesaj isə şübhəsiz ki, cəmiyyətə idi. Dövlət başçısı xalqa birldirdi ki, biz dövlət olaraq hər zaman sizin yanınızda və xidmətinizdəyik. Son zamanlar həm dövlət başçısının, həm də Mehriban xanımın fəaliyyəti digər vəzifəli şəxslər üçün əsl örnəkdir. Bütün məmurlar dövlət başçısından nümunə götürməli, cəmiyyətin problemlərinə biganə qalmamalıdır. Məmurlar qərarlara imza atarkən xalqın mənfəətini düşünməli, onun xeyrinə qərar verməlidir. Çox təəssüf ki, bəzi dövlət qurumları və qulluqçular ahəngdar işləyə bilmirlər. Dövlət başçısının həyata keçirdiyi struktur və kadr islahatları da daha çox bu problemi həll etməyə yönəlib”.

Ekspert vuruğulayıb ki, cəmiyyət gəncləşib, Azərbaycan əhalisinin sayı artıb, bu da daha çevik, daha operativ sistem tələb edir:
"Aparılan islahatlar məhz bunun həllinə yönəlib. Prezindetin son səfərləri, xalqla görüşləri göstərdi ki, cəmiyyət islahatları dəstəkləyir. İslahatlara mane olmaq istəyən qüvvlər var. Şəxsən mən bitərəf gənc siyasi şərhçi kimi dövlət başçısının islahatlarla bağlı siyasətini dəstəkləyirəm. Hətta arzu edərdim ki, başqa sahələrdə də islahatlar aparılsın. İnanıram ki, o da olacaq. İslahatlar və yeniliklər ölkəmizi daha da gücləndirəcək. Azərbaycan sürətlə sosial rifah dövləti olmaq yolunda addımlamalı, daha çevik və bacarıqlı kadrların dövlət sistemində yerlərini tutması qarşıya priotet kimi qoyulmalıdır. Cənab Prezindetin islahat siyasətinin əsasını bu təşkil edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya