Çempionlar Liqasında ¼ mərhələsinin növbəti iki oyunu keçirilib
21:50 06.04.2016
Arxiv
482
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 qarşılaşma baş tutub.
Apasport.az saytının məlumatına görə, matçlardan biri Almaniya, digəri isə Fransada oynanılıb.
La Liqada çempionluqdan uzaq düşən və buna görə bütün diqqətini Çempionlar Liqasına yönəldən "Real” "Volfsburq”a qonaq olub. Bundesliqada işləri yaxşı getməyən "canavarlar" sürprizə imza ataraq, qonaqları əliboş yola salıblar. "Kral klubu" matçdan 2 cavabsız qolla məğlub ayrılıb. İlk hissədə ardıcıl iki qol buraxan Zidanın komandası sonradan bunu aradan qaldıra bilməyib.
Mərhələnin ən maraqlı matçlarından biri də PSJ ilə "Mançester Siti” arasında oynanılıb. Gərgin və dramatik mübarizə şəraitində keçən oyunda qalib bilinməyib. Əvvəlcə qonaqlar hesabda irəli çıxıblar, sonradan iki qol vuran PSJ vəziyyəti xeyrinə dəyişsə də, üstünlüyünü sona qədər qoruya bilməyib.
Hesabı bərabərləşdirən "Mançester Siti" Parisdən sərfəli nəticə ilə dönməyi bacarıb.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
6 aprel
PSJ (Fransa) – "Mançester Siti” (İngiltərə) - 2:2
Qollar: İbrahimoviç, 41, Rabiot, 59 - Kevin de Bruyne, 38, Fernandinyo, 72
"Volfsburq” (Almaniya) – "Real” (İspaniya) - 2:0
Qollar: Rodrigez, 18 (pen.), Arnold, 25
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya