""Cənub Qaz Dəhlizi"nin sanksiyalardan kənarda qalacağı gözlənilirdi”
11:39 10.08.2018
Arxiv
1119
"Amerika Birləşmiş Ştatları (ABŞ) "Cənub Qaz Dəhlizi" layihəsini ilk gündən dəstəkləyir”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Bunun səbəblərindən danışan ekspert bəyan edib ki, Avopanın Rusiyadan enerji asıllığının azaldılmasına dair ABŞ-ın müvafiq hədəfi və istəyir var:
"Bu hədəfə cavab verən istənilən enerji layihəsi Amerika üçün prioritet sayılır. Bu mənada hazırda Avropa ölkələrinin Rusiyadan qaz asıllığının azaldılması üçün ən mühüm layihələrdən biri məhz Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsi sayılır. Bəzi ekspertlər iddia edirlər ki, İranın burada payı azdır, 10 faiz elə də çox deyil və s. Ancaq deyərdim ki, İran şirkəti bu layihədə 10 faizdən çox paya sahib olsaydı belə Amerikanın "Cənub Qaz Dəhlizi"ni sanksiyaların içinə atacağı qeyri-real sayılırdı.
Çünki burada ABŞ-ın konkret strateji məqsədi, marağı var. Strateji məqsəd ondan ibarətdir ki, Avropanın qaz idxalı mənbələri şaxələndirilmiş şəkildə olsun. Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" həmin hədəfə cavab verən ən real layihələrdən biridir. Ona görə də "Cənub Qaz Dəhlizi"nin istənilən sanksiyalardan kənarda qalacağı öncədən də gözlənilirdi”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Cənub Qaz Dəhlizi layihəsinə aid olmayacaq. Bu barədə "S&P Global Platts” agentliyi ABŞ prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb. Məlumatda bildirilib ki, BP Cənub Qaz Dəhlizi üçün təbii qaz mənbəyi olan Azərbaycanın "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. Nəticədə Trampın qərarına əsasən, "təbii qaz layihəsi istisna olunur” ifadəsi ilə "Cənub Qaz Dəhlizi” sanksiyadan kənarda qalıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya