Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb





Seulda Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xe saxlanılıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Pak Kın Xe Seul məhkəməsi müvafiq order verdikdən sonra polis tərəfindən saxlanılıb. Sabiq prezident rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatların kənar şəxsə – rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunub.