BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”

  • Sahib Məmmədov: “10 ildir yazıb dediklərimizə baxmayaraq, zəruri işlər görülməyib”

BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsi sentyabr ayının 14-24 tarixlərində keçirdiyi 31-ci sessiyasda Ermənistanla bağlı qəbul etdiyi "Yekun Müşahidə" (Concluding observations) sənədini dərc edib. Və Ermənistan dövlətinə qarşı ciddi iradlar və tələblər irıli sürülüb. 

Bu barədə hüquqşünas Sahib Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Səylərimiz nəticə verdi. Beynəlxalq Avrasiya Mətbuat Fondu və mənim rəhbərlik etdiyim Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (İnsan hüquqları üzrə Təlim və Tədqiqat İB İlə birgə) tərəfindən təqdim olunan alternativ hesabatlar, bizim Cenevrədə Komitənin prezidenti və üzvləri ilə qeyri-formal görüş və brifinq, brifiqdə səslədirdiyimiz bəyanat, təqdim etdiyimiz digər sənədlər əsaslı olaraq nəzərə alınıb. Ermənistan dövlətinə ciddi iradlar və tələblər irəli sürülüb. Təssüf ki, bizim 10 ildir davamlı olaraq yazıb dediklərimizə baxmayaraq Xarici İşlər Nazirliyi kütləvi məzar yerləri ilə bağlı "Minnesota Protokolu"nda nəzərdə tutulan tələblərlə bağlı zəruri işləri görməyib. Ona görə də bizim 32 kütləvi məzar yeri BMT-nin "Məhkəmdənkənar Cəzalar üzrə Xüsusi Məruzəçisi" tərəfindən qeydə alınmayıb. Mənim rəhbərlik etdiyim QHT Xüsusi Məruzəçiyə hesabat təqdim edib, amma bu kifayət deyil. Biz işimizi gördük. Bu arada "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" nın kiçik kollektivinin fədakar əməyini qiymətləndirməmək mümkün deyil”.