Cərrah tələbə çılpaq xəstəni canlı yayıma çıxardı




Rusiyanın Yaroslavl şəhərindən olan tələbə əməliyyat zamanı "Periscope”la yayımı işə salıb və nəticədə xəstə çılpaq halda kadra düşüb.
İKT.lent.az-ın Rusiyanın "REN TV” telekanalına istinadən məlumatına görə, Yaroslavl Dövlət Tibb Universitetinin tələbəsi qadın xəstə narkoz altında olarkən canlı yayım həyata keçirib.
Yayımdan başqa, tələbə çılpaq xəstənin fonunda çəkdirdiyi şəkli sosial şəbəkədə dərc edib.
"Artıq ali təhsil ocağının rəhbərliyi məsələdən xəbərdardır və hazırda tədris şurası hadisə ilə bağlı araşdırma aparır. Hələlik biz bu hadisənin Yaroslavlda və məhz bizim universitetin tələbəsi ilə bağlı baş verdiyini təsdiqləyə bilmərik”, - deyə ali təhsil ocağının mətbuat xidmətindən bildiriblər.