Ceyhun Bayramov Bakir İzetbeqoviç ilə görüşüb
16:02 09.06.2021
Arxiv
563
9 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviç ilə görüşü baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birlərinin suverenlik və ərazi bütövlüyünə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmət yanaşması ilə birgə əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub.
Bakir İzetbeqoviç Azərbaycana ikinci səfərinin baş tutduğunu və ölkədə baş verən inkişafın şahidi olduğunu bildirib. Bosniya və Herseqovinanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyi qeyd olunub. Səfər çərçivəsində Azərbaycanın Ağdam şəhərinə olduğunu söyləyən spiker, bu ərazilərdəki dağıntıların miqyasından təəssüf ilə bəhs edib. Qonşu dövlətlərlə birgə yaşayışın yolunun tapılmasının vacib olduğunu söyləyən Bakir İzetbeqoviç, bunu öz ölkəsinin nümunəsində səsləndirib.
Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, o cümlədən Azərbaycanın mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu, azad edilmiş ərazilərdə mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hər iki ölkədə qarşılıqlı şəkildə səfirliklərin açılmasının tezliklə həllinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou