Ceyhun Bayramov Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşüb
14:07 12.06.2021
Arxiv
498
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
XİN-dən "Report" verilən məlumata görə, görüşdə nazir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.
Postmünaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan C.Bayramov işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planlarından da danışıb.
Daha sonra nazir nümayəndə heyəti tərəfindən səsləndirilən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstək, mina təhlükəsinin aradan qaldırılması, azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıdışı və xalqların birgə yaşayışı, habelə Birləşmiş Krallıq və Azərbaycan münasibətləri və s. sualları cavablandırıb.
Görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Heydər Əliyev Fondu tərəfindən dərc edilən “Qarabağ işğaldan öncə və sonra” kitabı təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə