Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
Bu barədə "Sherg.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun “Asiyanın Ürəyi - İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.