Ceyhun Bayramov Vendi Hintonu qəbul edib
14:50 11.06.2021
Arxiv
462
1 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.
Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə