CHP-nin yığıncağında salona sığmadılar- Fotolar

CHP-nin toplantısına qatılmağa gələn qadın vətəndaş cəmiyyət quruluşu üzvləri CHP salonuna sığmadı. Kılıçdaroğlu danışdığı zaman səs problemi yaşandı. O, öz kürsüsünü buraxaraq üst sıraya çıxıb nitqinə oradan davam etdi.
CHP lideri Kılıçdaroğlunun nitqindən  əvvəl salona yerləşməyə çalışanlar çətin anlar yaşadı. Yer qalmadığı üçün CHP-li vəkillər yığıncağı otaqlarına gedərək gözlədilər. 
Türkiyə Böyük Millət Məclisində  AKP-nin təklifinə reaksiya verən müxtəlif qadın vətəndaş cəmiyyət quruluşları, Məclis qarşısında toplanaraq etiraz hərəkəti etdi. Aktivistlər ‘Bu qanun Məclisdən keçməyəcək' deyə şüar səsləndirib.