Çimərlikdə 2 gənc oğlan faciəvi şəkildə öldü




 Goradil çimərliyində dənizdə batan şəxslərin kimliyi məlum olub. 

Lent.az xəbər verir ki, küləkli hava şəraitində suda boğularaq ölən şəxslər 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu olub. Onların hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gəliblər.

Hazırda suda boğulan gənclərin meyitinin tapılması istiqamətində iş aparılır.
*****
30 iyul
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 2 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışlarına başlanıb.
Əlavə məlumat veriləcək.