Çində daha bir virus peyda oldu – HANTAVİRUS
13:00 24.03.2020
Arxiv
626
Dünya yeni növ koronavirus ilə mübarizə apardığı bir vaxtda Çində daha bir öldürücü virus - hantavirus ortaya çıxıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində bu virus səbəbindən bir insanın ölməsi təşvişə səbəb olub.
Belə ki, Çinin Yunnan əyalətində avtobusda ölən bir nəfər test olunub və onun hantavirusa yoluxduğu məlum olub. Həmin avtobusda olan 31 sərnişinin hamısı müayinə olunub.
Bəs hantavirus nədir və ilk dəfə harada ortaya çıxıb?
Siçanlardan və ya siçan nəcisi, tüpürcəyi ilə insanlara yoluxan hantaviruslar “Hantavirus Ağciyər Sindiromu” (HPS) adı verilən xəstəliyə yol açır. Bu virus insandan insana yoluxmadığı üçün epidemiya təhlküəsi yaratmır.
Virus adını ilk dəfə ortaya çıxıdğı Cənubi Koreydakı Hantaan çayından alıb. Virusun inkişafı yüksək temperatur və qanaxma ilə müşayiət olunur.
Yorğunluq, əzələlərdə ağrı, burunda qanama kimi əlamətlərlə özünü göstərən virus təzyiq, ağciyər iltihabı, böyrək çatışmazlığı kimi nəticələrə səbəb olaraq ölümə yol aça bilir.
Qeyd edək ki, ötən il Argentinada bu virusdan 9 nəfər ölüb. 2013-2018-ci illərdə isə Cənubi Amerikanın bu ölkəsində hantavirusdan 111 nəfər dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə