Çinli işçilər 43 dinozavr yumurtası tapdı





Çinli işçilər, yol təmiri çalışması zamanı 43 dinozavr yumurtası tapdı. Çinin cənubundakı Guangdong əyalətində olan Heyuan şəhərində 43 dinozavr yumurtası tapıldı. Dünyanın ən çox dinozavr yumurtası qalığına sahib olması səbəbiylə "Dinozavrların Evi” olaraq da xatırlanan şəhər, 2004-cü ildə "Ginnessin Rekordlar Kitabı”na düşmüşdü. Çinli səlahiyyətlilər, ilk dəfə şəhər mərkəzində dinozavr qalığı çıxardıqlarını ifadə etdi. Heyuan muzeyindən Huan Zhiqing, çıxarılan yumurtalardan 19 dənəsinin tək parça halında, ən böyüyünün isə 13 sm uzunluğunda olduğunu söylədi.

Araşdırmaçılar, yumurtaların hansı növə aid olduğunu təsbit etmək üçün analiz ediləcəyini ifadə etdi. Heyuan muzeyində olan yumurtaların çoxu, 89 milyon il əvvəl yaşamış olan ördək dimdikli Oviraptor növünə aiddir. Heyunda ilk dəfə 1996-cı ildə bir inşaat sahəsində oynayan uşaqlar tərəfindən dinozavr yumurta qalıqları tapılmışdı, onların sayı bu gün 17 mini keçib.