
Cocuqların günahı nə ? !
08:39 01.05.2019
Arxiv
570
"Açıq və gizli zorakılıqlar var. Azərbaycanda milli səviyyədə uşaq zorakılığı və qətlinin xəritələşməsi lazımdır"
Fransada valideyni tərəfindən qətl edilən uşaqların statistikası açıqlanıb. Statistik göstəricilərdə qeyd olunub ki, hər il dünyada valideyn vicdansızlığı nəticəsində 72 uşaq öldürülür. Artıq dünya ölkələrinin sosioloqları bunun qarşısınının alınması yollarını axtarırlar.
Ən mükəmməl təklif isə ondan ibarətdir ki, uşaq olan hər bir ailəyə uşaq döyülərkən və ya incidilərkən onu hiss edə bilən həyəcan siqnalı quraşdırılsın. Həmin həyəcan siqnalını verəcək qurğu isə tam professional formada təchiz edilsin. Və həmin cihazılara aidiyyəti dövlət qurumları nəzarət etsin.
Göründüyü kimi, uşaqlara qarşı zorakılıq halları dünyanın hər yerinə mövcuddur. Maraqlıdır, uşaqların təzyiqlə üzləşməsini müəyyən etmək üçün Azərbaycanda nə kimi tədbirlər görülə bilər?
Sualımızı cavablandıran "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova "Sherg.az”a bildirib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib:

"Amma hələ ki, rəsmi olaraq heç bir cavab gəlməyib. Fikirləşirik ki, ümumiyyətlə, Azərbaycanda milli səviyyədə uşaq zorakılığının xəritələşməsi və prioritetləşməsi lazımdır. Bu zaman zorakılığın hansı formasının daha üstün olduğunu müəyyən etmək olar. Açıq və gizli zorakılıqlar var. Əslində bu cür zorakılıqlarla mübarizə aparmaq insanı bezdirib.
Bu zaman sual yaranır ki, belə hadisələr zamanı necə tədbirlər görə bilərik? Məsələn, pedoqoji heyət psixoloji məqamları nə dərəcədə bilir? Çünki məktəbdə zorakılıqlar baş verən zaman psixoloqların və pedoqoji heyətin bu duruma hazır olması lazımdır.
Ümumiyyətlə, uşaqlara qarşı olan zorakılığın statistikasına baxanda görürük ki, onu törədənlər adətən yaxın çevrədə olanlardır. Bizdə də statistika belədir-uşağın valideynləri yaxud da yaxınlığındakı insanlar zorakılıq əməlini törədirlər.
Avropa ölkələrində məktəblərdə xüsusi xüsusi qutular var. Uşaqlar başlarına gələn xoşagəlməz hadisəni yazıb həmin qutuya atırlar.
Azərbaycanda hazırda yalnız qaynar xəttlər var. Amma qaynar xəttin əlçatanlığı nə dərəcədədir? Hər uşaq götürüb zəng etmir. Hansısa ölkənin modelini tətbiq edirik, amma bu elə də effekt verməyə bilər. Ona görə də başqa alternativ yollar düşünmək lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət