İ.Hüseynli vurğulayıb ki, çökmüş ərazidə çoxmərtəbəli binanın olması, sonradan tam doldurulmamış zirzəminin aşkarlanması birbaşa mühəndis-texniki araşdırmaların günahıdır:
"Çökən yolda əvvəldən mühəndis-texniki araşdırmalar aparılmayıb" - EKSPERT
16:11 16.07.2018
Arxiv
750
"Yol infrastrukturunda problemlərin yaranması, çökmələrin baş verməsi bu sahədə çalışan mütəxəssislərin peşəkar olmamasından irəli gəlir”.
Bunu "Sherg.az”a Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində qeydə alınan yolun hərəkət hissəsindəki çökmənin səbəbləri haqqında danışarkən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirib.
O söyləyib ki, hansısa ərazidə yol çəkilən zaman yerin quruluşu tamam öyrənilməlidir:
"Yeni çəkilən yolun üzərində mühəndis-texniki araşdırması həyata keçirilməli, həmin ərazidə öncədən hansı obyektlər mövcud olub, aşkar edilməlidir. Mütəxəssislər yer səthini düz görürlər, asfaltı üzərinə vurub, bununla işlərinin bitdiyini zənn edirlər. Sonradan isə bu cür fəsadlar ortaya çıxır. Cəlil Məmmədquluzadə küçəsində baş verən çökməni analiz edərkən aydın görünür ki, bu yolda əvvəldən mühəndis-texniki araşdırmalar aparılmayıb.
Əvvəldən müəyyən edilmiş olsaydı, yerdə çökmə təhlükəsi olduğu aşkar edilər, tədbir görülərdi. Asfaltın keyfiyyətindən problem olsaydı müəyyən hissələrin dağılması, yolun nisbətən sıradan çıxması baş verərdi. Amma müsbət təsadüfdür ki, həmin yolun çökməsi zamanı qəzalar baş verməyib, insan tələfatı olmayıb”.
İ.Hüseynli vurğulayıb ki, çökmüş ərazidə çoxmərtəbəli binanın olması, sonradan tam doldurulmamış zirzəminin aşkarlanması birbaşa mühəndis-texniki araşdırmaların günahıdır:"Həmin o mühəndislər özlərinə böyük villalar işlədirlər. Həmin evlərin tikilməsi zamanı böyük layihə hazırlatdırır, ciddi material istifadə edirlər. Yol tikintisində də bu cür dəqiqliyi nümayiş etdirmək vacibdir. Ciddi şəkildə analiz aparılıb, ərazinin asfalta davam gətirib-gətirməyəcəyi öyrənilmədən yol tikintisini həyata keçirmək düzgün deyil”.
Qeyd edək ki, Bakının Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən, təqribən, 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş çoxmərtəbəli binanın zirzəmi hissəsidir. Şərti adı "B-04" olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm