“Cümhuriyyətin 100 illiyində də əfv fərmanı imzalanmasa...”

Novella Cəfəroğlu: “...bu, 2018-ci ilin sonuna qədər mütləq olacaq”





"2018-ci ilin əvvəlindən əfv fərmanının mütləq olacağını qeyd etmişik”.

Bu barədə "Sherg.az”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. 

O vurğulayıb ki, əfvlə bağlı fərmanın hansı əlamətdar vaxtlarda veriləcəyi dəqiq deyil:

"Ola bilər, may ayında – Cümhuriyyətin 100 illiyində fərman imzalansın. Amma həmin dövrdə alınmazsa, ilin axırına qədər mütləq əfv olacaq. İstəyərdik ki, bu, Novruz bayramında reallaşsın. 

Amma hələlik qurumun işləri çox olduğuna görə, Novruz bayramında əfv olmayacaq. Yəqin ki, əfv 28 mayda, Cümhuriyyətin 100 illiyi ərəfəsində baş tutacaq”.

Aysel Aslan