Cütbaşlı doğulan ilan...

Onların çoxunun yalnız bir neçə aylıq ömürü olur
ABŞ-ın Kanzas ştatında cütbaşlı bir ilan göründü. Nadir görünən bu ilanların bir neçə aydan çox yaşamadığı bildirilir. Cütbaşlı ilan Jason Talbott tərəfindən göstərilib.
İlanı əvvəl Talbottun yoldaşları kolluq sahədə görüb. Fotoqrafını götürüb kolluqlara doğru gedən Talbott, "Belə tükürpərdici sürünənlərin, ilanların böyük pərəstişkarıyam. Yüzlərinin şəkilini çəkdim və bu müddətdə bir neçə dəfə də dişlənildim. Amma şansım var idi, onlar zəhərli deyildi” deyə danışır. İlanın iki başından birinin digərinə görə daha təcavüzkar olduğu və digər başa hücum etməyə çalışdığı iddia edilir. Talbott, iki başın koordinasiyalı hərəkət etmədiyi müddətcə heç bir şeyi dişləyə bilmədiklərini və hərəkət edə bilmədiklərini söyləyir. Cütbaşlı ilanların çoxunun yalnız bir neçə aylıq ömürü olur. Talbott ilanlarla əlaqədar bu məlumatları verir: "Bu ilanın 10 mində bir dənə olduğu təxmin edilir, lakin ümumiyyətlə vəhşi təbiətdə olduqları və tutulmaları çətin olduğu üçün tam ədədləri bilinmir. Həyatda qalma ehtimalı çox aşağıdır. "Zehirli kobralardan, boa ilanına, qurbanını sıxaraq öldürən və sonra udan pitonlara qədər fərqli ilan növləri var. İlanlar, ümumiyyətlə dişləyərək toksinlərini keçirir”.