
“Dağıstan” marketlər şəbəkəsi Bakıda ucuzluq yarada bilməz
19:33 08.09.2016
Arxiv
1421
Bu bir piardır, belə məlumatları yaymaqla alıcı cəlb etməyə çalışırlar

Paytaxtda "Daqestan” marketlər şəbəkəsi fəaliyyətə başlayır. Bu barədə Dağıstanın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, bu marketlərdə Dağıstan və Rusiya istehsalı olan məhsullar satılacaq.
O da bildirilir ki, "Daqestan” ticarət evi Dağıstan Prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır. İlk marketin bu gün - sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılması gözlənilir.
Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur. Bildirilir ki, paytaxtda və regionlarda bir neçə "Daqestan” ("Dağıstan”) marketləri açılacaq.
Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlərə uyğun həyata keçiriləcək.
Marketlərdə Azərbaycan vətəndaşlarının çalışacağı da qeyd olunur.
İqtisadçı Samir İsmayıl isə bu fikirdədir ki, Dağıstanın timsalında Rusiyanın Azərbaycan bazarında ucuzluq mühiti yaradacağı inandırıcı deyil:
- Birincisi, bu məlumatda "Daqestan” Ticarət Evinin Dağıstan Prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə yaradılmasının qeyd edilməsi azad sahibkarlığa zidd, azad bazar münasibətlərinə heç cür uyğun gəlməyən ifadədir. İkincisi, hazırda Rusiya Qərbin sanksiyaları altındadır. Belə vəziyyətdə Rusiya ərzaq sənayesi bizim bazara nə çıxara bilər? Rusiya özü bizdən kənd təsərrüfatı məhsulları gözləyən bir ölkədir. Rusiya ucuzluq hökm sürən bir ölkə də deyil. Çünki iqtisadi sanksiyalarla üzləşib. İnanmıram ki, belə vəziyyətdə Rusiya Azərbaycan bazarını geniş çeşiddə məhsullarla təmin edə bilsin. Marketlər elə bir ticarət şəbəkəsidir ki, burada ən azı 1000 çeşiddə mal və məhsul olmalıdır. Hardandır Rusiya sənayesinin bu qədər çeşid məhsulu?! Bəlkə yağ ixrac edə bilərlər. Çünki Rusiyanın daxili istehsalında yağ var. Rusiyanın məşhur kolbasa, sosis - ət məhsulları, ucuz ola bilər, amma nəzərə alaq ki, bunu da Rusiya özü Pribaltikadan idxal edir. Bəlkə Dağıstan coğrafi bölgə kimi Azərbaycana yaxınlığı baxımından ixracda sərfəli ola bilər. Amma bütün amillər nəzərə alınmaqla mən hətta Dağıstandan idxal ediləcək məhsulların da daxildə ucuzluq yarada biləcəyini zənn etmirəm. Biz kimdənsə kömək gözləməməliyik. Azərbaycan özü aqrar ölkədir. Biz öz daxili resurslarımız hesabına kənd təsərrüfatını da, ərzaq sənayemizi də inkişaf etdirməliyik.
S.İsmayıl "Dağıstan” marketlər şəbəkəsi açılması və orada ucuzluq olacağı barədə yayılan məlumatların piar xarakteri daşıdığına da diqqət çəkdi:
- Belə xəbərlər bəzən piar xarakterli də olur. Yeni market açılır, belə məlumatları yaymaqla alıcı cəlb etməyə çalışırlar. Bir müddət keçdikdən sonra vəziyyət onsuz da bəlli olacaq. Marketlərdə nə satılacaq, necə satılacaq, qiymətlər necə olacaq, onsuz da görəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya