“Dağlıq Qarabağ məsələsinə təmkinli yanaşmaq lazımdır”
20:26 07.04.2016
Arxiv
609
“Münaqişə vəziyyəti ilə bağlı yeni reallıqlar meydana gəlib”
Qarabağ cəbhəsində 2-5 aprel tarixində yaşanan hərbi əməliyyatlar Azərbaycan dövlətinin gücünün və iradəsinin nümayişi baxımından müstəsna əhəmiyyət daşıyır. 4 gün ərzində döyüş meydanında baş verənlər işğalçı Ermənistana və onu dəstəkləyənlərə ciddi dərs oldu.
Ordumuzun düşmən təxribatına cavab olaraq gerçəkləşdirdiyi möhtəşəm əməliyyatlar Azərbaycanda hərbi və mənəvi-psixoloji üstünlük yaratdığı kimi, Ermənistanda da kəskin sarsıntılar oyatdı. Əsgərlərimiz öz yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə, Qarabağ münaqişəsinin hərbi yolla mümkünsüzlüyünü iddia edənlərin yaratdıqları mifi cəmi bir neçə günə dağıtdı. Bu uğurumuz eyni zamanda, Azərbaycan dövlətinin hərbi qüdrətini və öz ərazi bütövlüyünü bərpa etməyə yönəlik əzmini və qətiyyətini də növbəti dəfə ortaya qoydu. Digər tərəfdən, Azərbaycan cəmiyyəti də bu günlərdə heç vaxt olmadığı qədər bütövləşərək, öz dövlətlərinə bağlılığını, onun uğrunda hər fədakarlığa hazır olduğunu əyani sübut etdi. Dörd günlük savaş Azərbaycan vətəndaşlarının dövlətlərinə güvəninin tam olduğunu bir daha göstərdi. Bu çərçivədə təbii ki, yerli medianın fəaliyyətini də qiymətləndirmək lazımdır. Sevindirici haldır ki, hərbi əməliyyatların davam etdiyi günlərdə Azərbaycan mediasının uyğun şərait üçün peşəkarlığının nə qədər yüksəldiyi qabarıq göründü. Dünyanın baş verənlərə münasibətinə gəldikdə isə, Qərb dövlətləri ilə mediasının Azərbaycanın haqlı mövqeyinə dəstək vermələri çox əlamətdar haldır. Konkret desək, Rusiya və Ermənistan mediası istisna olmaqla, digər ölkələrin mətbuatı cəbhədəki hərbi əməliyyatları obyektiv işıqlandırdılar. Uğurlu hərbi əməliyyatlardan sonra atəşkəsin elan olunması cəmiyyətdə bır sıra təpkilərə rəvac verdi. Əslində bunu təbii qarşılamaq lazımdır. Çünki böyükdən-kiçiyə hər kəs işğalçının dərsinin tam verilməsini istəyir. Amma Dağlıq Qarabağ məsələsinə təmkinlə yanaşmaq lazımdır. Çünki münaqişənin uzantıları regiondan kənardadır və daha çox siyasi mahiyyət daşıyır. Bununla yanaşı hər birimiz gördük ki, Azərbaycan dövləti gərəkən anda lazım olan addımı atır. Heç kəs şübhə etməsin ki, zəruri məqamda yenə də eyni hal təkrarlanacaq. Politoloq Elşad Mirbəşiroğlu da düşünür ki, atəşkəsdən sonrakı dönəm yeni reallıqları formalaşdıracaq: "Birincisi, dünya gördü ki, regionda vəziyyət kifayət qədər təhlükəlidir. Bölgədə genişmiqyaslı müharibənin başlanması ehtimalları regionda kompleks maraqları, xüsusilə də, enerji maraqları olan subyektləri ciddi narahat edir. Bu, onların münaqişənin tezliklə ədalətli tənzimlənməsi məsələsinə daha həssaslıqla yanaşmalarını şərtləndirir. İkincisi, Azərbaycan özünü güc kimi təqdim etdi. Ermənistanın hərbi təxribatlarının qısa zaman kəsiyində qarşısını almaqla və bir sıra strateji məntəqələri azad etməklə özünün yüksək hərbi potensiala malik olduğunu nümayiş etdirdi. Cəbhədəki son toqquşmalara qədər bir çox hallarda beynəlxalq ictimaiyyət münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe sərgiləyirdi. Hesab edirəm ki, Azərbaycanın özünü real güc kimi təsdiq etməsi beynəlxalq ictimaiyyəti bu güclə hesablaşmağa, yəni, onun ədalətli mövqelərini etiraf etməyə və dəstəkləməyə vadar edəcək. Üçüncüsü, döyüşlərin gedişində Azərbaycan tərəfi özünə həm də ciddi siyasi dividendlər qazandırdı. Bildiyimiz kimi, aprelin 5-də atəşkəs haqqında razılaşma əldə olunmamışdan öncə Azərbaycan birtərəfli qaydada atəşi dayandırdı. Lakin Ermənistan tərəfi yenidən təxribatlar törədərək döyüşlərin yenidən başlanmasına səbəb oldu. Bu, bir daha sübut etdi ki, Azərbaycan bütün hallarda münaqişənin dinc, itkisiz tənzimlənməsinin tərəfdarıdır”. Ekspertin fikrincə, Azərbaycan bununla özünün beynəlxalq pozitiv imicini daha da möhkəmləndirdi: "Ermənistan isə, əksinə, işğalçı, irticaçı dövlət olduğunu qətiləşdirdi. Bütün bu qeyd etdiklərim aydın göstərir ki, münaqişə vəziyyəti ilə bağlı yeni reallıqlar meydana gəlib və bu reallıqlar birmənalı olaraq Azərbaycanın xeyrinədir.
Rusiya XİN başçısının da Azərbaycana səfəri sübut edir ki, vəziyyətin ciddiliyi olduğu kimi dərk edilir. Bu, münaqişənin tənzimlənməsi istiqamətində nəhayət real addımların atılacağı haqqında düşünməyə əsas verir. Bundan sonrakı danışıqlarda Azərbaycan qalib tərəf statusunda çıxış edəcək ki, bu da münaqişənin ədalətli tənzimlənməsi üçün həlledici şərtdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə