Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi şərtinə toxunan parlamentari qeyd edib ki, bu məsələnin bünövrəsi çoxdan qoyulub:
Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi mümkündürmü? - İZAH
15:08 06.11.2017
Arxiv
1201
Elman Məmmədov:"Sülhməramlıların Dağlıq Qarabağın ətrafında, digər bölgələrdə yerləşməsi o deməkdir ki, biz işğal faktoru ilə razılaşırıq""Azərbaycan işğalçı dövlətin qoşunları ərazilərimizdən çıxdığı təqdirdə, 1988-ci ildəki Azərbaycan-Ermənistan sərhədində sülhməramlı qüvvələr yerləşdirilə bilər"
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi şərtinə toxunan parlamentari qeyd edib ki, bu məsələnin bünövrəsi çoxdan qoyulub:
"Azərbaycan ətraf rayonların qaytarılması müqabilində Rusiyanın irəli sürdüyü şərtləri uzun illərdir nəzərdən keçirir”.
Bunu "Sherg.az”a millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, Azərbaycan dövlət müstəqilliyinə xələl gətirməyən, özünün təhlükəsizliyinə maneə olmayacaq şərtləri qəbul edə bilər:
"Məsələn, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT)nə üçün getməlidir? Çünki işğalçı dövlət də həmin təşkilatın üzvüdür. Biz düşmən ölkə ilə birlikdə həmin müqavilənin üzvü olmağa razılıq vermədik.
Avrasiya İttifaqına (Aİ) gəlincə, burada zəif dövlətlər güclü dövlətlərin iqtisadiyyatından asılı vəziyyətə düşə bilər. Bütün bunlar dövlət rəhbərliyi səviyyəsində daha dəqiq cavablandırıla bilər".
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi şərtinə toxunan parlamentari qeyd edib ki, bu məsələnin bünövrəsi çoxdan qoyulub:"SSRİ-nin dağılması ərəfəsində Rusiya qoşunları həmin bölgədə idi. Ermənilər onların canlı qüvvəsindən, hərbi texnikasından istifadə edib, bizə qarşı döyüşdü. Bu fakt tarixi həqiqətdir.
Rusiya indi bu şərti qoyursa, sülhməramlılara Azərbaycan və Ermənistanın sərhədində dayanması şərti ilə razılıq verə bilərik. Rusiyanın şərtləri ermənilərə sərf edir. Sülhməramlı qüvvələr hansı dövlətə aid olur olsun, sərhədi qorumalıdır. Sülhməramlıların Dağlıq Qarabağın ətrafında, digər bölgələrdə yerləşməsi o deməkdir ki, biz işğal faktoru ilə razılaşırıq. Nəticədə ərazilərimizin itirilməsi deməkdir. Təbii ki, Azərbaycan bununla heç vaxt razılaşa bilməz. Azərbaycan ərazi bütövlüyü təmin olunub, işğalçı dövlətin qoşunları ərazilərimizdən çıxdığı təqdirdə sülhməramlıların yerləşdirilməsinə razı ola bilər. 1988-ci ildəki Azərbaycan-Ermənistan sərhədində sülhməramlı qüvvələr yerləşdirilə bilər. Amma sülhməramlı qoşunlar bizim ərazimizdə yerləşdirilsə, Azərbaycan heç bir təsir göstərə bilməyəcək. Nəticədə Ermənistan işğalı davam etdirəcək”.
Qeyd edək ki, politoloq Elxan Şahinoğlu Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini açıqlayıb. Politoloqun proqnozuna görə, Türkiyə prezidentinin təklifi ilə Rusiya Ermənistan hakimiyyətini razı salaraq, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, "aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir. Bunun əvəzində isə rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:
Birincisi, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur, ikincisi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur, üçüncüsü başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol