“Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür” - Nazir
13:44 26.04.2016
Arxiv
513
"Silahlar susmalı, hər iki tərəf sülh sazişinə hazır olmalıdır. Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib. O bildirib ki, Bakıya dialoqun bərpası üçün gəlib: "Münaqişənin uzanmasının qarşısını almaq lazımdır. Münaqişəni hərbi yolla həll etmək qeyri-mümkündür”.
H. Desir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil: "Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Əsas odur ki, gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır”.
Dövlət naziri qeyd edib ki, silahlar susmalıdır, hər iki tərəf sülh sazişinə hazır olmalıdır: "Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm