Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
12:29 28.03.2020
Arxiv
600
Son 3 gün ərzində Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə sosial xidmətlərin göstərilməsi ilə bağlı 11543 müraciət daxil olub.
Nazirlikdən"Sherg.az"a verilən məlumata görə, həmin vətəndaşlardan 1408-nin evlərində tək yaşayan yaşı 65-dən yuxarı şəxslər olduğu müəyyən edilib.
Qeyd olunan şəxslər üçün sosial xidmətçilər təhkim edilib və onlara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb. Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər.
Hazırda yaşı 65-dən yuxarı ümumilikdə 11 minədək tənha yaşayan şəxsə bu xidmətlər göstərilir.
Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm