Daha iki müəssisədə pozuntular aşkarlandı
17:03 30.08.2021
Arxiv
859
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 29-da ölkə üzrə 393 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 18A ünvanında yerləşən, hüquqi şəxs "MİRAS20-İM" MMC-yə məxsus restoran;
2. Zaqatala rayonu, Muxax kəndində yerləşən, fiziki şəxs Əmranova Sevinc Aslan qızına məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda
22:12 05.10.2026
Gündəm
Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşüb
21:56 05.10.2026
Rəsmi
Tovuzda ata oğlunu bıçaqladı
21:38 05.10.2026
Hadisə
Mirzoyan Pezeşkiana TRİPP layihəsini təqdim etdi
21:01 05.10.2026
Gündəm
Qafqazda sülh bu cür təmin edilməlidir - Qalibaf
20:51 05.10.2026
Cənubi Qafqaz
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
20:19 05.10.2026
Dünya
Arda Gülər Türk futbolu tarixinə düşdü - Real Madriddən yeni qərar
20:10 05.10.2026
Futbol
XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir
20:03 05.10.2026
Siyasət
Bir neçə dərmanı eyni vaxtda qəbul etsəniz nə baş verə bilər?
19:51 05.10.2026
Sağlamlıq
Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək
19:36 05.10.2026
Gündəm
MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
19:10 05.10.2026
Hadisə
Corablar ayaqlarınızda iz buraxırsa, bu əlamətlərə diqqət edin!
18:59 05.10.2026
Sağlamlıq
ABŞ və Çini supergüc edən əsas səbəb açıqlandı - “Cavab sadədir”
18:52 05.10.2026
Dünya