Dahi fizik vəfat etdi - Həkimlər 55 il əvvəl 2 il ömür biçmişdi...
07:25 14.03.2018
Arxiv
814
Dünya şöhrətli ingiltərəli fizik Stiven Hokinq bu gün səhər 77 yaşında vəfat edib.
İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə onun övladları açıqlama yayıblar. "Biz bu gün sevimli atamızın vəfatından dərin kədər hissi keçiririk. O, böyük alim və qeyri-adi insan idi. Onun işi və irsi uzun illər yaşayacaq”, - deyə mərhumun övladları Robert, Tim və Lüsi tərəfindən yayılan birgə açıqlamada bildirilir.
Stiven Hokinq 1942-ci il yanvarın 8-də Oksfordda doğulub. 1962-ci ildə fizika-riyaziyyat üzrə bakalavr dərəcəsi ilə Oksford Universitetini bitirib, 4 il sonra – 24 yaşında isə Kembric Universitetinin Triniti-holl kollecində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1963-cü ildə Hokinqə sağalmaz xəstəlik – yan amiotrofik skleroz diaqnozu qoyulub. Həkimlər onun 2 ildən çox yaşamayacağını bildirmişdilər. 1965-ci ildə Hokinq elmi fəaliyyətlə məşğul olmağa başlayıb, 1970-ci illərdə Nəzəri Astronomiya İnstitutu və Astronomiya İnstitutunda çalışıb və qravitasiya nəzəriyyəsindən dərs deyib. 1979-cu ildə Kembric Universitetinin professoru akademik vəzifəsinə təyin olunub.
S. Hokinq kvant kosmologiyasının banilərindən biridir. O, bəşəriyyətin Böyük Partlayış nəticəsində yaranması nəzəriyyəsini öyrənirdi və "qara dəlik” nəzəriyyəsi sahəsində bir çox kəşfə imza atıb. 1998-ci ildə alim "Zamanın qısa tarixi” adlı elmi-populyar kitab nəşr edib. Bu kitabın dünya miqyasında 10 milyondan çox nüsxəsi satılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur