Davudoğlu Güllə birləşsə...
10:35 11.05.2019
Arxiv
382
"İstənilən halda Türkiyədə AKP-dən sonra hakimiyyətə gələcək partiya CHP-dir"
İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsinə dair Yüksək Seçki Qurumunun ləğv qərarını sərt tənqid edənlər arasında keçmiş Prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu da olub. Hakim AKP-də müxalif cəbhənin liderləri sayılan Gül və Davudoğlu məsələ ilə bağlı sosial mediada açıqlama yayıblar. Gül deyib ki, "2007-ci ildə Konstitusiya Məhkəməsinin haqsız "367” qərarı qarşısında nə hiss edibsə, Seçki Qurumunun qərarını eşidəndə də eyni hissləri yaşayıb: "Yazıq, bir arpa boyda da irəli gedə bilməmişik”.
Əhməd Davudoğlu isə bildirib ki, İstanbul seçkisindən sonra baş verənlər və seçki nəticələrinin ləğvi Türkiyə demokratiyasının təməl dəyərlərinə ciddi ziyan vurub. Sabiq baş nazir bu qərarının beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Məlumat üçün bildirək ki, hakimiyyəti tənqid edən və hələ də hakim AKP-nin üzvləri olan Abdullah Gül və Əhməd Davudoğlunun yeni partiya yaradacağı bildirilirdi. Bəzi ekspertlərin fikrincə, Gül və Davudoğlunun bu cür gedişləri gələcək siyasi perspektivə hesablanıb. İddialara görə, məqsəd AKP-dən incik düşənlərlə yanaşı, digər siyasi baxışlı insanları da öz ətraflarında birləşdirməkdir.
Ortaya atılan iddialarla bağlı "Şərq”ə danışan siyasi şərhçi Rusif Məmmədsoy hesab edir ki, hər iki şəxs ayrıca siyasi təşkilatda birləşsə belə rezonans doğuracaq hadisələr baş verməyəcək: "YSK-nın qərarına etirazlar hələ də davam edir. Qurumun mövqeyi Ərdoğan hakimiyyətinin dayaqlarına birbaşa zərbə vuran əsas amil ola bilər.
Çünki bu hadisə Əkrəm İmamoğlunun reytinqini birə beş artırır. Müxtəlif sferalarda İmamoğluna dəstək kampaniyası başladılıb. Bununla yanaşı sabiq AKP üzvləri də bu etiraza qoşulublar. Bunun da əsas səbəbi AKP-nin məğlubedilməzlik sindromunun qırılmasıdır.
Türkiyədə yeni partiyanın yaradılacağı məsələsi də gündəmdədir. Lakin yaxın günlərdə Abdullah Gül aktiv siyasətə qayıtmayacağını söylədi.
Düşünürəm ki, yeni partiya yaranarsa, Gül idarəetmədə kənardan iştirak edəcək. Yəni Davudoğluna müəyyən mənada dəstək olacaq. Əhməd Davudoğluna gəldikdə isə, o, çox savadlı nəzəriyyəçi və professordur.
Lakin idarəetmədə eyni sözləri deyə bilmərik. Bu səbəbdən sabiqlərin niyyəti baş tutsa belə ciddi rezonans doğurmayacaq.
İstənilən halda Türkiyədə AKP-dən sonra hakimiyyətə gələcək partiya CHP-dir. Əsas namizədlər isə Məhərrəm İncə və ya Əkrəm İmamoğludur. Hər ikisinin reytinqi olduqca yüksəkdir. Məncə, yeni partiya təsis edilsə belə bu şəxslərlə rəqabət apara bilməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media