Davudoğlu intiharın qarşısını aldı - FOTO

İstanbulda bir kişi özünü körpüdən atmaq istəyib. 
"Sherg.az" Türkiyə mətbuatına istinadən bildirir ki, əyninə üzərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) adı yazılmış köynək geyinən, çiyninə bayraq atan, təxminən 30-35 yaşlı vətəndaş körpünün üstünə çıxıb. 
O ölkədəki sosial çətinlikdən, işsizlikdən əziyyət çəkdiyini bildirərək, intihara cəhd edib. 
Həmin vaxt yoldan keçən Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, intihara cəhd edən şəxsə yaxınlaşaraq, söhbət etməyə başlayıb. Sonda Davudoğlu kişini intihar fikrindən daşındıra bilib. 
Anar