Davudoğlu: Rusiya böyük səhvə yol verir





Türkiyənin baş nazir Əhməd Davudoğlu, Əsəd rejiminin öz xalqına əsrin ən böyük faciəsini yaşatdığını söyləyərək, Rusiyanın bölgəyə müdaxilə edərək böyük səhv etdiyini söylədi. Suriyanın getdikcə beynəlxalq bir problem halına gəldiyini də ifadə edən Davudoğlu, pozuntuların davam etməsi vəziyyətində nəticələrin pis olacağını, döyüşün bir parçası olmaq istəmədiklərini söylədi.