“Küçə iti quduzlaşıbsa, bunun məsuliyyəti konkret idarələrindir. Onlar vaxtlı-vaxtında peyvənd edilməlidir, sterilizasiya tədbirləri aparılmalıdır”
Dəb və öyünmək xətrinə ev heyvanı saxlayanlar, məsuliyyətli olun !
16:30 30.04.2019
Arxiv
869
“Çox istərdim ki, insanlarımız hansısa ev heyvanına sahiblənib, sonra onu küçəyə atmasınlar”
“Küçə iti quduzlaşıbsa, bunun məsuliyyəti konkret idarələrindir. Onlar vaxtlı-vaxtında peyvənd edilməlidir, sterilizasiya tədbirləri aparılmalıdır”
“Küçə iti quduzlaşıbsa, bunun məsuliyyəti konkret idarələrindir. Onlar vaxtlı-vaxtında peyvənd edilməlidir, sterilizasiya tədbirləri aparılmalıdır”
Paytaxtda, eləcə də ətraf bölgələr və regionlarda sahibsiz heyvanların, xüsusilə də küçə itlərin çoxalması əlaqədar qurumları hərəkətə gətirib. Son zamanlar əhalinin, azyaşlıların küçə itlərinin hücumuna məruz qalmaları problemin qısa zamanda həllini vacib edir.
Verilən məlumatlara görə, yaxın zamanda Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq. Bildirilir ki, bu, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.
Mütəxəssislər də bu fikirdədir ki, sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusi ilə küçə itləri və pişiklərin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Eyni zamanda, küçədə yaşayan it və pişiklərin populyasiyasının nəzarətsiz artımı onların özünün rifahına mənfi təsir göstərir, o cümlədən yem və sığınacaq tapması və sağlamlığını əngəlləyir.
Problemin həll edilməsi üçün onun simptomlarının - sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və s. öhdəsindən gəlməklə yanaşı, məsələnin kökündə duran insan amilinin aradan qaldırılmasını da tələb edir.
Evsiz Heyvanlaırn Müdafiəsi İctimai Birliyinin rəhbəri Leyla Əlizadə "Sherg.az"a bildirib ki, ev heyvanına sahib olan şəxs bunun məsuliyyətini də anlamalıdır:
- Təəssüf ki, bəzi insanlar ev heyvanlarını dəb xətrinə, kiminsə qarşısında öyünmək məqsədilə əldə edir. Amma bir müddət keçdikdən sonra heyvanları baxımsız saxlayır, qidalandırmır, günlərlə, bəzən aylarla səfərlərə çıxır, heyvanları nəzarətsiz qoyurlar və sonra da küçəyə atırlar. Heyvanlar da təbiətin bir parçasıdır. Küçə iti quduzlaşıbsa, bunun məsuliyyəti konkret idarələrindir. Küçə itləri vaxtlı-vaxtında peyvənd edilməlidir, sterilizasiya tədbirləri aparılmalıdır. Küçə heyvanlarının zibilliklərdə yem axtarmasının qarşısı alınmalıdır.
Antisanitar şəraitdə əlbəttə, it quduzluq tapar. Küçə heyvanları xüsusi idarə tərəfindən tutulmalı, peyvəndlənməli, sterilizasiya işi aparılmalı, lazımdırsa axtalanmalıdır, qısırlaşdırılmalıdır, sonra yenidən təbiətə buraxılmalıdır. Bəzən qulaqlarında «birka» olan itlər görürük. Bu o deməkdir ki, bu it artıq təhlükə daşımır. Bu işlər görülərsə, sahibsiz itlər getdikcə çoxalmaz, ətrafdakı insanlara da zərər vurmazlar. Çox istərdim ki, insanlarımız hansısa ev heyvanına sahiblənib, sonra onu küçəyə atmasınlar. Biz bacardığımız qədər çalışırıq, belə heyvanlara yeni sahiblər tapaq. Bizimlə könüllü qruplar çalışır və məlumatlar əldə edirlər. Bacardığımız köməyi göstərməyə çalışırıq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya