Tayvanın Taichunq bölgəsində 2014-cü ilin may ayında toplu məzarlıqda başladılan qazıntılar zamanı arxeoloqlar müdhiş bir kəşfə imza atıb. Toplu məzarlığın ərazisində olan 48 insan skeleti arasında gənc bir ana körpəsinə sarılmış halda tapılıb.
Tayvan Milli Muzeyi səlahiyyətliləri, olan qalıqları Tayvanda ən qədim insan yaşayışına dair dəlillər olaraq qiymətləndirdiklərini açıqlayıb. Muzey səlahiyyətliləri, ortaya çıxarılan qalıqlar arasında bir ananın uşağına sarılmış və başı aşağı halda uşağına baxan şəkildəki qalığı çox təsirli olduğunu dilə gətirib.
Tayvan Milli Muzeyi Təbii Elmlər və Antropoloji Müəssisəsinin əməkdaşı Chu Wheiley belə şərh verib: "Yer üzünə çıxarılan ana və körpə qalığı bütün arxeoloqları və qazıntı işlərində çalışanları şok etdi. Nə səbəbəmi? Çünki ana əllərində tutduğu körpəsinə baxar vəziyyətdə idi".
Toplu məzarlıq sahəsində 2014-cü ildən başlayan qazıntı işləri təxminən bir il davam edib. Qalıqların yaşını təyin etmək üçün karbon testi tətbiq olunub. Bu qalıqlar arasında beş nəfər uşaq cəsədi də tapılıb.