Dəhşətli zəlzələdə azərbaycanlı zəvvarlar zərər çəkibmi?
07:49 13.11.2017
Arxiv
467
İraqdakı zəlzələdə azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur.
Yeraltı təkanlar 7,3 bal gücündə olub və bütün Yaxın Şərq regionunda hiss olunub.
Noyabrın 12-də İran-İraq sərhədində, İraqın Süleymaniyyə əyalətində 10 kilometr dərinlikdə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ episentrində 7,3 bal gücündə olub. Ancaq zəlzələnin təsiri böyük bir ərazidə hiss olunub. Beynəlxalq Zəlzələ İnstitutunun məlumatına görə, zəlzələ İraq, İran, Türkiyə, Suriya, Küveyt, İordaniya, İsrail, BƏƏ, eləcə də Cənubi Qafqaz regionunda - Azərbaycan, Gürcüstan və Ermənistanda hiss olunub.
Qeyd edək ki, yerli sakinlərin məlumatına görə, yeraltı təkanlar Azərbaycanın cənub regionunda hiss olunub. Hələlik dağıntılarla bağlı məlumat yoxdur.
Artıq təlafat barədə məlumatlar gəlib. İranda 211 nəfərin, Ərbildə 6 nəfərin öldüyü, İraqda 50-dən çox yaralının olduğu bildirilir. İranın Qəsri Şirin şəhərində də tələfat qeydə alınıb.
Qeyd edək ki, yeraltı təkanlar İraqın Kərbəla şəhərində də hiss olunub. Hazırda Kərbəlada olan "Salam Tour" ziyarət şirkətinin nümayəndəsi Ceyhun Hacıyev bildirdi ki, yeraltı təkanlar Kərbəlada əhali təlaşla küçələrə qaçıb. Ancaq şəhərdə dağıntı qeydə alınmayıb. Əhali isə uzun illərdir Kərbəlada zəlzələ olmadığını və təlaşın da bu səbəbdən daha çox olduğunu qeyd edib.
"Sherg.az" musavat.com-a istinadla bildirir ki, Azərbaycandan hazırda İraq ərazisində olan zəvvarlar arasında tələfat və xəsarət alanlar yoxdur. Hazırda azərbaycanlı zəvvarların böyük bir qismi Kərbəla şəhərindədir, bir qismi isə artıq geriyə qayıtmaq üçün yola çıxıb. Ancaq qruplardan hər hansıda xəsarət haqda məlumat yoxdur.
Hazırda Kərbəlada olan zəvvar Xatun Etibarqızı Facebook sosial şəbəkəsində yazıb: "İran və İraq sərhədində baş vermiş 7.2, bəzi məlumatlara görə 7.4 bal zəlzələ Suriya, BƏƏ, Küveyt, İsrail, Türkiyə, İordaniya, Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss olunub. İraqın 8 kəndində dağıntılar var. Episentr Süleymaniyədir. Bizdən narahat olmayın, salamatçılıqdı. Ağa zəvvarına zamindir. Inşallah vətənə sağ-salamat dönərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi