Dələduzlar peyda olub
22:02 28.03.2018
Arxiv
529
Hüquqşünaslar hesab edir ki, kibercinayətkarlar dərhal məsuliyyətə cəlb olunmalıdır
Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib. Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.
Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə isə deyib ki, təmsil etdiyi qurum tərəfindən sözügedən mesaj heç bir abunəçinin mobil telefonuna göndərilməyib:
"Bu, Nazirlik adına yayılan böhtandır. Kim belə bir məsələ ilə qarşılaşıbsa, "102” xidmətinə və ya aidiyyəti üzrə polis orqanına müraciət edə bilər. Məsələ araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.
Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev faktla bağlı "Qafqazinfo”ya bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə tənzimlənir: "İnzibati həbs tənbeh növündə 3 ay müddətinə qədər həbs tətbiq edilir. Yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamaya görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda 3 ay müddətədək inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 227-ci maddəsinin həmin maddədə göstərilən əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.
Hüquqşünas Qurban Məmmədov isə hesab edir ki, bu əməli törədən şəxslər dələduzluq maddəsi ilə həbs olunmalıdır. Bu əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından həmin kibercinayətkarlar məsuliyyətə cəlb olunmalıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya