Dəli Domrulun qanunu Beynəlxalq Avtovağzal Kompleksində hələ də qalır
20:45 04.07.2016
Arxiv
848
Ərşad Hüseynov: “Yaxşı olar ki, Tarif Şurası belə obyektlərdə qiyməti müəyyən etsin”
Dəli Domrulun quru çay üzərində körpü saldıraraq keçənlərdən otuz üç axça, keçmək istəməyəndən qırx axça haqq yığması "Kitabi Dədə Qorqud” dastanının ən yadda qalan
hissələrindən biri hesab olunur. Bu da öz dövrü üçün Dəli Domrulun hamıdan cəsur, güclü olmasına işarə idi.
Bəs görəsən, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə daxil olan avtomobillərdən ödəniş haqqı tələb olunması nəyin göstəricisidir? Bütün taksi sürücüləri və fərdi avtomobil sahibləri avtovağzal ərazisinə daxil olmaq üçün 1 manat ödəniş etməyə məcburdular. Bu ödəniş haqqı yalnız sərnişin avtobuslarına şamil olunmur. Qeyd edək ki, avtovağzalın girişində nəzarət buraxılış məntəqəsi yaradılıb və üzərinə "giriş haqqı 1 manat” yazılan lövhəsi vurulub. Sürücülər bir çox hallarda bu vəziyyətin heç bir qanuni əsas olmadığını iddia edərək, ödənişdən imtina etsələr də, dərhal müqavimətlə qarşılanır və ərazini tərk etmək məcburiyyətində qalırlar. Ekspertlər isə hesab edir ki, sözügedən ödəniş qanun tələbi olmasa da, əksi ilə bağlı da bir qadağa yoxdur. Hətta bir çoxları hesab edir ki, avtovağzal ərazisində nəqliyyatın sıx olmaması üçün ödənişli olması məqsədəuyğundur. Amma bu rüsum 1 manat yox, 30-40 qəpik civarında olmalıdır.
Məsələ ilə bağlı münasibət bildirən hüquqşünas, ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtovağzal, hava limanı və digər obyektlərdə də bu cür pullu xidmətlər olur: "Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olsa da, pullu xidmət ola bilər. Lakin bu xidmətlərin qiymətini obyektlər özləri yox, dövlət müəyyən etməlidir. Qanunvericiliyimizdə həmin obyektlərdə dayanacağın ödənişli və ya ödənişsiz olması barədə dəqiq göstəriş yoxdur. Bu olmadığına görə xidmətin pullu edilməsində problem yoxdur. Çünki bu obyekt təsərrüfat hesablıdır, onların bəzi xərcləri də var. Bu xidməti dövlət müəyyən edərsə, belə problemlər olmayacaq. Yaxşı olar ki, Tarif Şurası belə obyektlərdə qiyməti müəyyən etsin. Xidmət haqqını Tarif Şurası müəyyən etməsə belə, müəyyən edilmiş qiymətlərlə bağlı sənəd olmalıdır. Həmin sənəd qurumun saytında, ya da xidmət göstərilən ərazidə yerləşdirilməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol