Dəmirələ 4 ulduzlu mərasim...

İki dəfə hərbi cevrilişlə devirildi: İndi generallar cənazəsinin başında keşik çəkəcək


Baş nazirliyinin ilk illərində "Sonun Menderes kimi olar" deyə kompas göndərilərək təhdid edilən, 12 mart 1971 və 12 sentyabr 1980-ci ildə  hərbi çevirişlə baş nazir vəzifəsindən iki dəfə uzaqlaşdırılan 9-cu prezident Süleyman Dəmirəl üçün dövlət protokolunda ən üst səviyyədə olan milli cənazə mərasimi təşkil olunacaq. Dəmirəlin çənazəsi başında aralarında general və admiralların  olacağı zabitlər,
ehtiram (hörmət) keşiyi çəkəcək. Xarici işlər nazirliyində dünən axşam saatlarında Dəmirəlin ailə
üzvlərinin də iştirakı ilə yığıncaq keçirilib. Yığıncaqda cənazə mərasimi proqramı təyin olunub. Proqram  belədir:
Dəmirəlin nəəşi  cümə günü saat 07.45-də Güvən öəstəxanasından Baş qərargaha aid cənazə avtomobili ilə alınaraq Günük küçəsinə gətiriləcək. Saat 08.00-də Günük küçəsində vida mərasimi təşkil olunacaq.
Nəəşi  09.00-da TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİnə aparılacaq. Məclisdə təşkil ediləcək mərasimə siyasət dünyasının böyükləri qatılacaq.
Nəəşi, saat 10.00-da kortejlə Məclisdən təxminən bir kilometr uzaqlıqda olan Kocatepe Məscidinə hərəkət edəcək. Cümə namazının ardından cənazə namazı qılınacaq və Dəmirəlin nəəşi top avtomobiliylə ediləcək mərasimin ardından cənazə avtomobili ilə hava limanına göndəriləcək və oradan xüsusi təyyarələ Ispartaya yola salınacaq.
Şənbə günü saat 13.00-da İslamköy Şehriban Xatun Məscidində günorta namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin nəəşi, saat 14.30-da İslamköy Çalçatepedəki abidə məzarında dəfn ediləcək.
Bu mərasimlər zamanı Dəmirəlin nəəşi başında, aralarında general - admiralların da olduğu zabitlər ehtiram keşiyi çəkəcək. Dəmirəl, hərbiçilər olan milli cənazə mərasimi ilə yola salınmış olacaq.
Prezidentin Gözətçi alayı da mərasimdə batalyon səviyyəsində iştirak edəcək. İki dəfə hərbi müdaxilə ilə uzaqlaşdırılmış və siyasi həyatı boyunca təhdid almış olan bir siyasətçinin bu şəkildə yola salınması, Türk siyasi tarixində qeyd ediləcək bir hadisə  kimi qalacaq. (milliyyət. com.tr)