Demokratiya zəfər çaldı: İmamoğlu başqanlıq vəsiqəsini alacaq - FOTO

CHP-nin namizədi Ekrem İmamoğlu İstanbul bələdiyyə başqanı vəsiqəsini almaq üçün Seçki Komissiyasının bölgə idarəsinə çağırılıb.
"Sherg.az” "milliyyet.com.tr”ə istinadən xəbər verir ki, Ekrem İmamoğlu Türkiyə vaxtı ilə saat 18.00-da Çağlayandakı ədliyyə idarəsində vəsiqəsini təhvil alacaq. İmamoğlunun Maltəpə ilə bağlı səslərin sayılıb YSK-ya təqdim olunmasından sonra başqanlığı qazandığı ehtimal olunur. 
Ekrem İmamoğlu vəsiqəsini almağa həyat yoldaşı Dilək İmamoğlu ilə gedib. 
Onu binanın girəcəyində partiya üzvləri alqışlarla qarşılayıblar. Partiya üzvlərini salamlayan İmamoğlu vəsiqəsini almaq üçün binaya daxil olub.
İsmayıl