Depressiyaya girdi, yüzlərlə metal uddu

140 metal pul və 150 mismar...
"Daily Mail”də dərc olunan bir xəbər cisim udma probleminin ciddiliyini gündəmə gətirdi. 34 yaşlı hindli Rajpal Singh adlı adam depressiyaya girdikdən sonra metal cismlər yeməyə başlayıb.
3 il boyunca təxminən 140 metal pul və 150 mismar udduğu təxmin edilən adam qarın ağrısı şikayətiylə həkimə gedincə qorxunc gerçək ortaya çıxdı. Depressiyaya girdiyi üçün bu şəkildə rahatladığını ifadə edən adamın mədəsində çəkilən görüntülər şok yaratdı. Qarın ağrısının səbəbinin bu vərdişi olduğunu düşünmədiyini söyləyən adam bu sözləriylə həkimləri də çaşdırdı. Həkimlər tam 240 əməliyyat sonrasında metal cismlərin bir qisimini çıxarmağı bacardı. 34 yaşındakı adamın mədəsindən mismar, pul, vint, batareya və maqnit kimi bir çox müxtəlif metal çıxarıldı.