"19 yanvar mitinqindən sonra, Şəhidlər Xiyabanında müxalifət tərəfdarları polislə toqquşma yaratdılar. Vətəndaşları zorla öz sıralarına cəlb etməyə çalışdılar. İnsanları kütləvi itaətsizliyə çağırdılar"
Deputat: "26 yanvar mitinqinə razılığın verilməməsi müxalifəti düşündürməlidir" - Xaosa yox !
"Biz onları qanunlara hörmət etməyə, öz tərəfdarları ilə işləməyə, tərəfdarlarını xaosdan çəkindirməyə çağırırıq"
"19 yanvar mitinqindən sonra, Şəhidlər Xiyabanında müxalifət tərəfdarları polislə toqquşma yaratdılar. Vətəndaşları zorla öz sıralarına cəlb etməyə çalışdılar. İnsanları kütləvi itaətsizliyə çağırdılar"
"19 yanvar mitinqindən sonra, Şəhidlər Xiyabanında müxalifət tərəfdarları polislə toqquşma yaratdılar. Vətəndaşları zorla öz sıralarına cəlb etməyə çalışdılar. İnsanları kütləvi itaətsizliyə çağırdılar"
Xəbər verdiyimiz kimi, bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların bir daha zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Heç kimə sirr deyil ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və güc nümayiş etdirə bilərlər
Vəziyyəti dəyərləndirən millət vəklili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında qeyd edib ki, Azərbaycanda qanunla qadağan edilməyən istənilən siyasi mövqe üzrə fəaliyyət göstərmək mümkündür:
"Bu gün Azərbaycanda söz, fikir, ifadə və sərbəst toplaşmaq azadlığı var. Müxalifətin vaxtaşırı keçirmək istədiyi kütləvi aksiyalara, mitinq və piketlərə icazə verilir. Bu məsələlərdə hər hansı bir problem yoxdur. Amma məsələ burasındadır ki, müxalifət eyni zamanda öz auditoriyasını nəzarətdə saxlamağı, onları idarə etməyi bacarmalıdır. Əgər keçirilməsimə icazə verilən kütləvi aksiyada qanunları pozurlarsa, vətəndaş qarşıdurmasına çağırışlar olunursa, istənilən hüquqi dövlət sonrakı addımları barədə düşünməlidir və düşünür də. 19 yanvar mitinqindən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında müxalifət tərəfdarları polislə toqquşma yaratdılar. Vətəndaşları zorla öz sıralarına cəlb etməyə çalışdılar. İnsanları kütləvi itaətsizliyə çağırdılar.
Məzh buna görə də, yanvarın 26-a təyin edilən aksiyaya icazə verilmədi. Əgər müxalifət öz tərəfdarlarını nizam-intizama dəvət edəcəksə, qanun çərçivəsində hərəkət edəcəklərsə, növbəti müraciətlərində hər hansı bir problem olmayacaq. Heç bir hüquqi dövlət öz daxilində qanunları pozan, itaətsizlik mühiti yaradan qüvvələri nəzarətsiz qoya bilməz. Bu mənada hesab edirəm ki, 26 yanvar mitinqinə razılığın verilməməsi müxalifəti düşündürməlidir.
Biz onları qanunlara hörmət etməyə, öz tərəfdarları ilə işləməyə, tərəfdarlarını xaosdan çəkindirməyə çağırırıq. Yox əgər onlar bunu özlərinin fəaliyyət forması seçəcəklərsə, onda hakimiyyət qanunla nəzərdə tutulmuş addımlar atacaq. Əgər hesab edirlərsə ki, vətəndaş qarşıdurması ilə bunlar beynəxalq aləmdə hansısa bir dəstək qazana biləcəklər, onda yaddan çıxarmasınlar ki, onlar ozlərini ölkənin milli müxalifəti adlandırırlar. İlk növbədə müxalifət cəmiyyətdən dəstək almaldır, hansısa xarici anti-Azərbaycançı mərkəzdən deyil".
Ayyət Əhməd