
Deputat: “Ana və uşaq ölümləri bizim üçün ciddi siqnaldır”
15:36 22.04.2019
Arxiv
890
"Statistik baxımdan Azərbaycanda ana və uşaq ölümlərinin sayı o qədər də çox deyil”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Milli Məclisin Səhiyyə kimitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, uşaq ölümləri yalnız tibbi yox, eyni zamanda sosial-ictimai və siyasi əhəmiyyətli bir məsələdir:

"Dövlətin inkişaf səviyyəsinin göstəricilərindən biri də məhz ana və uşaq ölümlərinin sayıdır. Son illər ölkəmizdə uşaq ölümləri aşağı həddə qalmaqda davam edir və orta Avropa göstəricilərinə yaxındır.
Təxminən 20 il bundan əvvəl Azərbaycanda ana və körpə ölümləri yüksək səviyyədə idi. Daha sonra müvafiq tədbirlər görüldü, qanun qəbul edildi və dövlət proqramı hazırlandı. Məlumdur ki, hər il dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılır.
Son illərdə bir neçə uşaq ölümü baş verib. Təbii ki, hər bir uşaq və ana ölümü Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılmalı, daha sonra isə uyğun tədbirlər görülməlidir. Ola bilsin ki, baş verənlərdə həkim səhlənkarlığı yoxdur. Məsələn, uşaq ana bətnində ölü ola bilər, yaxud da müəyyən xəstəliklə doğular.
Hər halda ana və uşaq ölümü dəqiq araşdırılmalı, nəticə çıxarılmalı və tədbirlər görülməlidir. Ana və uşaq ölümləri bizim üçün ciddi siqnaldır. Fikrimcə, mətbuatın bu mövzunu gündəmdə saxlaması olduqca təqdirəlayiqdir”.
Qeyd edək ki, bir gündə 3 körpə ölümü baş verib. İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə ölüb. Növbəti hadisə Sabirabad rayonunda olub. 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub.
Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region