Deputat bəzi mehmanxanaları bağlamağı TƏKLİF ETDİ
13:46 04.04.2017
Arxiv
405
"Turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırmalıdır".
Sherg.az modern.az-a istinadən xəbər verir ki, bunu deputat Rauf Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Rauf Əliyev qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyacın olduğunu bildirib.
"Çünki qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq məqamlar var".
Deputat qeyd edib ki, turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turizm şirkəti və mehmanxana peyda olub.
"Bunlar da başladılar özbaşına fəaliyyət göstərməyə... Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bir müddət öncə Kamerundan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi. Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turizm şirkətləri və mehmanxanalar turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın".
Deputat qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınması, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərini verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya