Deputat: “Burada xaricilərin payı çoxdur”





"Podratçının əldə etdiyi torpaq sahəsi SOCAR-ın mülkiyyətinə keçəcək. Bu yaxşı haldır. Amma podratçıların içərisində Azərbaycan təşkilatları olmasına baxmayaraq onlar sözün əsl mənasında Azərbaycan təşkilatı deyil. Çünki pay bölgüsündə xaricilərin payı çoxdur”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri parlamentin iclasında millət vəkili Tahir Kərimli deyib. Deputat Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, torpaqların satın alınması məsələsinə baxılmalıdır: 

"Buna yenidən baxılsa yaxşı olar”. T.Kərimli həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasının əhəmiyyətindən danışıb: "Bu çox böyük layihədir. Hesab edirəm ki, Azərbaycanın gücünün göstəricisidir. Bizim üçün çox böyük qazanc vəd edən bir layihədir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

Anar