Deputat Əfqan Muxtarlının işi ilə bağlı ifadə verəcək
13:39 29.06.2017
Arxiv
507
Jurnalist Əfqan Muxtarlı barəsində olan cinayət işi Meydan.tv-yə açılan cinayət işi birləşdirilib.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, artıq cinayət işi bir istintaq qrupu tərəfindən aparılacaq. İstintaq qrupuna əlavə şəxslər cəlb olunub.
Elçin Sadıqov qeyd edib ki, bəzi şəxlərin istintaqa şahid qismində çağrılması ilə bağlı vəsatət veriblər: "Vəsatətimizdə bildirdik ki, deputat Elman Nəsirov və "Carçı” verilişinin aparıcısı ifadə verərək Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi üçün xüsusi əməliyyat keçirilməsi barədə cəmiyyətə yaydıqları məlumatları haradan almaları ilə bağlı sorğu sual edilsinlər. Bizim vəsatətimiz təmin edildi və həmin şəxslər dindiriləcək".
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın partiyası bu seçkidə də qələbəni bayram edəcək - ŞƏRH
22:29 16.04.2026
Siyasət
Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub
21:26 16.04.2026
Gündəm
Messi “Kornelya” klubunu satın alıb
21:11 16.04.2026
Futbol
Netanyahu TŞ-nin təcili iclasını çağırdı
20:56 16.04.2026
Dünya
Bakıda beş yol təmirə bağlanır
20:21 16.04.2026
İnfrastruktur
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
20:10 16.04.2026
Dünya
Rusiyada deportasiya dalğası gözlənilir - EKSPERTDƏN ŞƏRH
19:53 16.04.2026
Aktual
Papa: Bir neçə tiran dünyanı məhv edir
19:49 16.04.2026
Dünya
Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək
19:32 16.04.2026
Cənubi Qafqaz
Yeni tribunalın Rusiyaya təsiri olmayacaq - ŞƏRH
19:24 16.04.2026
Gündəm
İranın Baş Qərargah rəisi pakistanlı həmkarı ilə danışıqlar aparıb
19:15 16.04.2026
Gündəm
Rəsmi Moskva Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq edib
18:58 16.04.2026
Dünya
Köçəryanın hakimiyyətə gəlmə ehtimalı məhduddur - Tuna Tanman
18:49 16.04.2026
Gündəm
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
18:46 16.04.2026
Rəsmi