Deputat: "Erməni xalqı cana yığılıb" - Qarabağda qırılmaq istəmirlər !

Aqil Abbas:" Aprel döyüşlərində ermənilərin qırılması ilə düşmən ölkədə necə çöküş baş verdiyini gördük. Bir də belə hadisə olarsa, erməni xalqı Sarkisyanın cavabını verəcək”



"Ermənistandakı siyasi vəziyyət, daxili sabitliyin pozulması, baş verən proseslər mənim üçün heç bir əhəmiyyət kəsb etmir”.

Bunu "Sherg.az”a Ermənistanda daxili stabilliyin pozulmasından danışarkən millət vəkili Aqil Abbas deyib. 

O vurğulayıb ki, Ermənistan rəhbərliyi siyasi manevrlər etməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesi uzatmaq, danışıqları ləngitmək istəyir:

"Bir Sarkisyan gedəcək, o biri gələcək. Fərq etmir. Ermənistan başqasının sözü ilə oturub-duran dövlətdir. Orada mitinq keçirilir, etirazlar baş qaldırır. Bütün bunlar baş qatmaqdan baş heç nə deyil. Yeni "prezident" seçiblər, məcbur olursan formal şəkildə danışıqları onunla davam etdirəsən. Halbuki hakimiyyəti yenə baş nazir-Serj Sarkisyan idarə edəcək. Ermənistan o qədər mənasız dövlətdir ki, danışmaq belə xoş deyil.

Ermənilər istəmir ki, Dağlıq Qarabağ münaqişəsi davam etsin, erməni övladları Qarabağda qırılsın. Ermənistan siyasi rəhbərliyi Qarabağ məsələsini həll edə bilməyib, bilməyəcək. Ermənilər də cana yığılıb ki, ya münaqişəni həll edin, ya da işimizi bilək.

 Düşünürlər ki, erməni xalqı nə vaxta qədər dünyadan təcrid olunmalıdır? İnsanlar nə vaxta qədər beynəlxalq layihələrdən kənarda qalmalı, blokadada yaşamalı, saxta pasportla gəzməlidir? Elə ermənilərin özü də bir gün erməni rəhbərliyinincəzasını verəcək.

Azərbaycan ordusu 5-6 kəndi azad etsə, Ermənistan dağılar. Aprel döyüşlərində ermənilərin qırılması ilə düşmən ölkədə necə çöküş baş verdiyini gördük. Bir də belə hadisə olarsa, erməni xalqı Sarkisyanın cavabını verəcək”.

Aysel Aslan