"Azərbaycan dövləti Fələstin - İsrail münaqişəsinin tənzimlənməsi istiqamətində beynəlxalq hüquq prinsiplərinə söykənir. Və BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişənin tənzimlənməsi ilə bağlı qəbul etdiyi qətnaməni müdafiə edir".
Bu barədə "Sherg.az"a noyabrın 4-də Prezident İlham Əliyevlə Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki arasındakı görüşü şərh edərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin mövqeyi belədir ki, Şərqi Qüds Fələstin dövlətinin paytaxtıdır və BMT TŞ-nin qətnamələrində də Qüdsdə hər hansı bir xarici dövlətin səfirliyinin açılması qeyri-qanuni sayılır:
"Bu mənada keçən ilin dekbarın 6-da ABŞ prezidenti Dolanld Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə, ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə mənfi münasibət bildirib. Azərbaycan prezidenti bu məqsədlə ötən il dekabr ayının 13-də İslam Əməkdaşlıq Təşkitalatının (İƏT) İstanbbulda keçirilən fövqəladə sammitində öz mövqeyini ifadə edib. Ölkəmizin başçısı bəyan edib: "Ümid edirik ki, ABŞ bu qərarına yenidən baxacaq". Azərbvaycan dövləti Fələstin- İsrail münaqişəsi ilə bağlı Fələstin xalqının haqlı mübarizəsini müdafiə edir. Bu, bizim dəyişilməz siyasətimizdir".
Bununla yanaşı parlamentari diqqətə çatdırıb ki, bu görüşün Azərbaycan dövlətinin müsəlman aləmindəki birlik və həmrəyliklə bağlı yürütdüyü siyasətin məntiqi nəticəsi və ya təzahürüdür:
" Bakı 5 noyabr tarixində Fələstin dövlətinin Asiya ölkələrindəki səfirləri ilə keçirilən görüşə ev sahibliyi edib. Və bu konfrans çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Fələsinin xarici işlər naziri ilə də görüşüb. Görüşdə hər iki tərəf münasibətlərin səviyyəsindən məmnunluq ifadə etdi. Azərbaycanın dövlət başçısı bir daha vurğuladı ki, Fələsitin probleminin həlli məsələsində Azərbaycan Fələstinə siyasi və iqtisadi dəstək göstərir. Sirr deyil ki, Azərbaycan Fəlsətinə Dəstək Fonuduna 5 milyon dollar civarında vəsait köçürüb. Eyni zamanda ölkəmiz bu ilin oktyabr ayında da Fəlsətinə 200 min dollar həcmində yardım edib. Bu bizim Fələstinə iqtisadi dəstəyimizdir. 2011-ci ildən Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Qeyd edim ki, Fələstin müstəqilliyini 1988-ci ildə elan edib. Fələstin dövlətini dünyanın 135-dən çox dövləti tanıyıb. 90-dan artıq beynəlxalq təşkilatda təmsilçiliyi var. Azərbaycan da bu prosesdə Fələstin dövlətini dəstəkləyir.
Deputat onu da əlavə edib ki, Azərbaycanın Fələstinin dəstəkləməsi heç də İsrailin əleyhinə çıxmağımız anlamına gəlməli deyil:
"Bizm İsrail dövləti ilə də münasbətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Eyni zamanda bizim İsraillə münasibətlərimizin inkişafı Fələstinin əleyhinə çıxmağımız kimi dəyərləndirilməməlidir. Azərbauycanın müstəqil və beynəlxalq hüquqa söykənən xarici siyasət kursu var. Biz istənilən münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivbəsində həllinin tərəfdarıyıq. Biz Fəlsətin-İsrail münaqişəsinin BMT TŞ-nin qəbul etdiyi qətnamələr çərçivəsində həllini müdafiə edirk. Azərbaycanın mövqeyi məlumdur".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Prezident bildirib ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsidir. Xatırladaq ki, İlham Əliyev 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edib və çıxış edib. Prezidentimizin bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Ayyət Əhməd