Deputat razılaşmadı: “Sürət Hüseynov dar ağacları qurmuşdu və..."




Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevə irad bildirib.

Sherg.az-ın xəbərinə görə, millət vəkili, Q.Həsənquliyevlə razılaşmayıb: "YAP hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır. Mən Qüdrət müəllimdən fərqli olaraq, ümummilli lider, ulu öndər Heydər Əliyevin kimsəylə müqayisə edilməsinin tərəfdarı deyiləm. 

Bu düzgün deyil. Ona görə ki, ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Heydər Əliyev şəxsiyyəti hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti də xilas etdi. Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub” .