Deputat şikayətləndi: “Qaz itkiləri çoxdu”





Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

Sherg.az-ın xəbərinə görə, müzakirə zamanı deputat Vahid Əhmədov ölkəmizdə mavi qaz itkilərinin həddindən artıq çoxluğundan şikayətlənib: 

"Qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq. Hesab edirəm ki, "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bu məsələlər o zaman yoluna qoyula bilər”.