Deputat xaricdəki siyasi "xuliqan"lara səsləndi:"Siyasi mübarizənin etik qaydaları var"





"Xaricə köçən soydaşlarımızın sonradan Azərbaycanı, Azərbaycan hakimiyyətini pisləməsi onların tərbiyəsizliyinin göstəricisidir”.

Bu barədə "Sherg.az”a millət vəkili Rövşən Rzayev bildirib. 

O diqqətə çatdırıb ki, vətənpərvər insanlar öz dövlətinə qarşı belə hallara yol verməz:

"Siyasi mübarizənin etik qaydaları var. Tərbiyəsiz yanaşma ilə nəyisə əldə etmək mümkün deyil. Görünür, onlar siyasətdən tamam bixəbərdirlər. Hansısa oyunun iştirakçılarına çevriliblər. Azərbaycanı istəməyən qüvvələrin verdiyi pullar hesabına belə ləyaqətsiz işlər görürlər. Bu isə çox pis tendensiyadır.

Həmin şəxslər digər dövlətlərin nümayəndələri olan, başqa ölkələrdə yaşayan şəxslərin hərəkətlərinə baxsalar, hansı yolun yolçusu olduqlarını dərk edərlər. Bu məsələ ilə bağlı əlavə fikir bildirməyə ehtiyac yoxdur. Onların dediklərinə fikir vermək isə heç lazım deyil. Təəssüf edirəm ki, bizi xaricdə elə tərbiyənin sahibləri təmsil edirlər”.

Aysel Aslan.