Deputat:"3 milyon 500 mindən çox insanın təqaüd və maaşı artırılıb"
14:17 14.03.2018
Arxiv
4339
Hadi Rəcəbli:"Artımların daha çox şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrə yönəldilməsini müsbət qiymətləndirmək lazımdır"
"Ölkə başçısının sosial siyasət sahəsində atdığı mühüm addımların çoxu Qarabağ əlilləri, şəhid ailələri və müavinət institutuna şamil olunur”.
Bu barədə "Sherg.az”a millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
O xatırladıb ki, ötən ilin sonunda yaşayış minimumu 116 manatdan 130 manata yüksəldilib:
"Bütün bunların fonunda artımların daha çox şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrə yönəldilməsini müsbət qiymətləndirmək lazımdır. Təxminən 600 milyon manat civarında vəsait ayrılıb, 3 milyon 500 mindən çox insanın təqaüd və maaşı artırılıb.
Fəxri adlara, titullara görə də ayrılan təqaüdlər yüksəldildi. Ölkə başçısı Qarabağ əlillərinə mənzil verilməsi ilə bağlı da addımlar atdı. İndiyə qədər Qarabağ əlilləri və şəhid ailələrinin təxminən 6 minə qədəri mənzillə təmin olunub. Bütün bunlar onu göstərir ki, həmin qrup insanlar üçün hər cür şərait yaradılır. Şəhid ailələri, müharibə əlilləri həm prezident təqaüdü, həm də dövlət müavinəti alırlar".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur