Deputatdan Denis Sammuta TUTARLI CAVAB
14:23 07.11.2017
Arxiv
551
Elman Nəsirov: "Ya əcnəbi ekspertin bu məsələlərlə bağlı məlumatsızlığı var, ya da ki, ermənipərəst qüvvələr onun belə fikir söyləməsini istəyiblər"
"Böyük Britaniyalı ekspertin Ermənistan və Azərbaycan orduları arasında bərabərlik işarəsi qoyması uğursuz cəhddir”.
Bunu "Sherg.az”a Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammutun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarını şərh edərkən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü ortaya qoydu:
"Hətta Azərbaycan aprel döyüşlərində ordusunun, hərbi gücünün cüzi hissəsini istifadə etdi. Ermənistanın isə acizliyi hiss olundu. Ölkə başçısının dediyi kimi, əgər Azərbaycan bütün hərbi potensialından istifadə etsəydi, Ermənistanda daş üstündə daş qalmazdı.
İki hal ola bilər: ya əcnəbi ekspertin bu məsələlərlə bağlı məlumatsızlığı var, ya da ki, ermənipərəst qüvvələr onun belə fikir söyləməsini istəyiblər.
Münaqişənin sülh yolu ilə həllinə gəldikdə isə bu, yeni ideya deyil. Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, müharibəyə başlamayıbsa, bu, dövlətimizin sülh prosesinə nə qədər sadiq qalmasının göstəricisidir. Azərbaycan münaqişənin dinc yolla, dəyirmi masa ətrafında həllini istəyir. Lakin qarşı tərəf illüziya yaratmamalıdır ki, Azərbaycan sona qədər sülhpərvər siyasətini davam etdirəcək.
Ermənistanın sona qədər işğalçılıq siyasətini davam etdirməsi, status-kvonu qoruyub saxlaması mümkün deyil. Belə düşüncə Ermənistanda hakimdirsə, deməli onlar səhv edir. Azərbaycan münaqişəni dinc yolla həllini istəsə də, hərbi yolla həll hüququnu da özündə saxlayır. BMT nizamnaməsinin 51-ci maddəsi var. Həmin maddədə yazılıb ki, təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ mövcuddur.
Bütün bunları nəzərə alaraq, böyük britaniyalı ekspertin fikirlərində ziddiyyətli məqamlar olduğunu söyləməliyəm. Mütəxəssisin Ermənistan silahlı qüvvələrini şişirtməsi, Azərbaycanla eyniləşdirməsi kökündən yanlış yanaşmadır. Ermənistan eyni mənbədən – Rusiyadan silahlar alsa da, əksəriyyəti köhnəlmiş silahlardır. Azərbaycan isə digər ölkələrdən də ən müasir silahları alır. Tək sözdə deyil əməldə də - aprel döyüşlərində Azərbaycan bu həqiqəti isbatladı”.
Qeyd edək ki, D. Sammutun sözlərinə görə, hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Ekspert bildirib ki, sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət