Dərmanların satılmadan anbarlarda saxlanılması xəbəri doğru deyil
15:24 27.12.2016
Arxiv
664
Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarını depolarında saxlayaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil.
Əvvəla, qiymətlər distributor şirkətlər tərəfindən deyil, müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulmuş hallarda tənzimlənir. Bütün idxalçı şirkətlər qiymətlərin hansı hallarda yenidən tənzimlənməsi barədə kifayət qədər məlumatlıdırlar.
Digər tərəfdən, dərman vasitələri müəyyən istifadə müddəti olan və xüsusi şəraitdə saxlanılan məhsullardır. Dərmanların satılmadan anbarlarda saxlanılması onların istifadə müddətinin keçməsi və məhv edilməsi ilə, nəticədə isə şirkətlər üçün külli miqdarda zərərlə nəticələnə bilər. Ona görə də bütün idxalçı-distributor şirkətlər anbarlarında olan məhsulların tezliklə satılmasında və yeni məhsulların gətirilməsində maraqlıdırlar. Buna görə də, distributorların aylarla qiymətlərin bahalaşmasını gözləməsi "fikri” məntiqə uyğun deyil.
Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarında 10 mindən çox adda dərman preparatları var. Bir və ya bir neçə aptekdə müəyyən dərman preparatlarının olmaması heç də bütün ölkədə dərman qıtlığının olması demək deyildir. Dünyanın heç bir ölkəsində heç bir aptekdə 10 min adda dərman ehtiyatının daim mövcud olması mümkün deyil. Hər hansı bir aptekdə müəyyən dərmanın istənilən anda olmamasının isə bir çox səbəbləri ola bilər. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qüvvədə olan qanunvericilik reseptdə dərman adlarının deyil, tərkibinin yazılmasını tələb edir. Bu səbəbdən dərman brend adları ilə deyil, tərkibi ilə axtarılsa, əminik ki, hər aptekdə eynitərkibli bir çox adda dərman preparatları tapmaq mümkündür. Belə ki, brend adları ilə tanınan dərman preparatlarının demək olar ki, hamısının eyni tərkibə malik olan onlarla alternativi var. Bunu isə resept yazan həkimlər və dərman preparatlarının satışı ilə məşğul olan əczaçılar yaxşı bilir.
Odur ki, həqiqətə uyğun olmayan məlumat yayan kütləvi informasiya vasitələrini öz fəaliyyətlərinə peşəkarlıqla yanaşan şirkətlərin işinə kölgə salmamağa çağırırıq.
Avromed QTSC-in mətbuat xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm