Dialoq vacibdir, amma...
20:50 17.03.2016
Arxiv
662
“Rəhbərlik erməni icmasına azadlıq, sərbəstlik vermir, onları təzyiq və qorxu altında saxlayır”
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırıb. Mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini də nəzərə çatdırıb.
İcmaların görüşməsi məsələsi ilə bağlı "Şərq”ə danışan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov icmaların bir araya gələrək dialoq aparmasını hər zaman dəstəklədiyini deyib: "İcmaların görüşü üçün hər tərəfin razılığı, təşəbbüsü lazımdır. Ancaq məsələ burasındadır ki, Ermənistan rəhbəri erməni icmasına azadlıq, sərbəstlik vermir, onları təzyiq və qorxu altında saxlayır. Ona görə də erməni icması bizim istəməyimizə rəğmən görüşə müsbət yanaşmır. Azərbaycan isə düşmən Ermənistandan fərqli olaraq demokratik ölkədir. Bizim üçün xalq diplomatiyası və icmaların görüşü hər zaman önəmli, arzuolunan məsələdir. Buna hər vaxt hazırıq. Lakin təəssüflər olsun ki, işğalçı rejimdən demokratik addım gözləyə bilmərik”. Görüşlərin hansı formatda ola biləcəyindən danışan B.Səfərov bildirib ki, icmaların qarşılıqlı olaraq Azərbaycana və Ermənistana səfərlər etməsi qəbuledilməzdir: "Bu mümkün deyil. Düzdür, Azərbaycan xalqının tərbiyəsi də, səviyyəsi də imkan verir ki, erməni icması ölkəmizə gələrək toxunulmaz şəraitdə görüş keçirə bilsinlər. Amma Ermənistan hakimiyyəti və ictimaiyyəti tamamilə fərqli düşüncədədir. Ona görə də biz düşmən ölkəyə səfər edə bilmərik”. B.Səfərovun sözlərinə görə, Ermənistanda yaşayan adamların hamısı ölkədəki ağır durumdan beziblər: "Sadə ermənilərin hamısı azərbaycanlılarla dostluq münasibəti qurmaq və xoş həyat yaşamaq istəyirlər. Azərbaycanın bugünkü inkişafı, stabilliyi erməniləri valeh edir. Onlar bizə həsəd aparırlar. Xüsusən Dağlıq Qarabağın erməni icması bizimlə bir yerdə yaşamaq istəyirlər”. İcma rəhbəri Avropa İttifaqının nümayəndəsi Herbert Salberiylə görüşdüyünü də deyib: "Mən və deputat Elman Məmmədov Salberiylə bir araya gəldik və müzakirələr apardıq, fikirlər yürütdük. Ancaq danışıqlarımızı qəzetə vermək olmaz. Çünki ermənilər o dəqiqə maneçilik törədirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol